Braziliyalı futbolçunu Ukrayna ordusuna çağırdılar
Bizi izləyin

İdman

Braziliyalı futbolçunu Ukrayna ordusuna çağırdılar

Braziliyalı futbolçunu Ukrayna ordusuna çağırdılar

Xarkovun “Metallist” komandasının braziliyalı yarımmüdafiəçisi Edmar qəribə vəziyyətlə üzləşib.

Publika.az xəbər verir ki, Edmara Ukrayna ordusunda xidmət etmək üçün çağırış vərəqi gəlib. San-Pauluda doğulan futbolçu, 2008-ci ildə ukraynalı xanımla ailə həyatı qurub, 2011-ci ildə isə Ukrayna vətəndaşlığını qəbul edib.

Futbolçu məsələyə belə münasibət bildirib:

“Çağırış vərəqi məni çox təəccübləndirdi, hətta bilmədim ki, nə edim. Klub rəhbərliyinə müraciət etdim. Bilmirəm, bəlkə də, digər komanda yoldaşlarıma da çağırış vərəqi gəlib. Həyat yoldaşım çox qorxub. Ona dedim ki, narahat olmasın, hər şey qaydasında olacaq.

İndi məsələ ilə klub rəhbərliyi məşğul olur, mən isə məşq edirəm, tezliklə çempionat başlayacaq. Birdən həqiqətən də orduya getməli olsam, orda nə edəcəyimi bilmirəm. Mən futbol oynamaqdan başqa heç nə bacarmıram”.

Qeyd edək ki, Edmar 2003-cü ildə Braziliyanın “İnternasional” komandasından Ukraynanın “Tavriya” klubuna keçib. Daha sonra isə “Metallist”ə transfer olunub. Edmar Ukrayna millisində 9 oyun keçirib, 1 qol vurub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm