Luçesku: “Çurabçyan mafiozdur”
Bizi izləyin

İdman

Luçesku: “Çurabçyan mafiozdur”

Luçesku: “Çurabçyan mafiozdur”

Ukraynanın “Şaxtyor” komandasının baş məşqçisi Mirça Luçesku 6 futbolçunun komandanın düşərgəsindən qaçmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, rumın mütəxəssis futbolçuların klubdan ayrılmasında agent Kia Çurabçyanı ittiham edib:

“Lion”la oyundan əvvəl komandanın düşərgəsində Kia Çurabçyan peyda oldu. Oyundan bir neçə saat sonra isə futbolçuları özü ilə apardı. Onun məqsədi futbolçuları azad agent edib, pul qazanmaqdır.

Bu düzgün deyil. O, ölkədəki vəziyyətdən yararlanmaq istəyir. Bununla da futbolçuları havayı əldə etməyə çalışır. Onların bizimlə müqaviləsi var. Biz futbolçulara demişdik ki, Xarkovda məşq edəcək və oynayacağıq. Donetskə isə vəziyyət tam sabitləşəndən sonra qayıdacağıq.

Onlar komandaya qayıdacaqlar? Baxarıq. Kia Çurabçyan agent deyil, mafiozdur. FİFA və UEFA-ya müraciət edəcəyik”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm