İdman
"Trabzonspor"un baş məşqçisi istefaya göndərildi
Hüseyin Çimşir Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Çimşir Superliqanın XXXII turunda "Denizlispor"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra istefa ərizəsini rəhbərliyə təqdim edib.
Onun müraciəti ötən tur "Konyaspor"a 3:4 hesablı məğlubiyyətin ardından qəbul olunub.
Qeyd edək ki, "Trabzonspor"un sükanı arxasına mövsümün ortalarında Ünal Karamanın əvəzinə gətirilmiş Hüseyin Çimşir 21 matçdan 12 qələbə, 7 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb.
Hazırda 62 xalla 2-ci pillədə gedən klub Türkiyə Kubokunda finala yüksəlməyi də bacarıb.
Superliqada son turun "Kayserispor"la səfər oyununda və ölkə kubokunun finalında "Alanyaspor"la görüşdə "Trabzonspor"a köməkçi-məşqçi Eddi Nyuton rəhbərlik edəcək.
-
Magazin203:35
Qorbaçovu, Stalini və Çörçili canlandıran aktyor vəfat etdi
-
İdman02:43
Onu axmaq yerinə qoydular: Deşam Mbappedən qisas alır?
-
Magazin102:19
Aygün Bəylərin abidəsi ucaldıldı - FOTO
-
Qoroskop00:16
Günün qoroskopu: axşam saatlarını evdə keçirməyin!
-
ABŞ13 Noyabr 22:56
Melaniya Tramp Ağ Evdə yaşamaq istəmir - SƏBƏB
-
Hadisə13 Noyabr 22:32
Bakıda 63 yaşlı məhkəmə hakimi futbol oynayarkən öldü - FOTO
-
İdman13 Noyabr 22:20
“Qarabağ” Avropa klublarını COP29 üçün Bakıya gətirir
-
Magazin113 Noyabr 21:57
Efirdə Əməkdar artistə ata olacağını dedikləri üçün cəzalandırıldılar