Adanı tut, Avstriyanın fəthinə hazırlaş
Bizi izləyin

İdman

Adanı tut, Avstriyanın fəthinə hazırlaş

Adanı tut, Avstriyanın fəthinə hazırlaş

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində "Qarabağ" təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. “Köhlən atlar”ın startdakı rəqibi Malta "Valletta"sıdı. Təmsilçimiz adada keçirilən ilk oyunda minimal hesablı qələbəyə sevinib. Bu qarşılaşmada mərhələ adlamaq üçün komandamızı heç-heçə də təmin edir.

Qeyd edək ki, “Qarabağ” “Valetta”nı mübarizədən kənarlaşdırsa, III mərhələdə Avstriyanın “Zalsburq” komandası ilə qarşılaşacaq.

Çempionlar Liqası

İkinci təsnifat mərhələsi (cavab oyunu)

22 iyul

21:30. Qarabağ – Valletta

Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).

UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya).

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 1:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm