“Yuventus” səfərdə məğlub oldu
Bizi izləyin

İdman

“Yuventus” səfərdə məğlub oldu

İtaliya A Seriyasında 35-ci turun növbəti oyunu keçirilib.

Publika.az xəbər veririr, turnir cədvəlinin lideri “Yuventus” səfərdə “Udineze” komandasının qonağı olub.

Görüş gözlənilmədən “Udineze”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı “Yuventus” matçın 42-ci dəqiqəsində Mateas De Liqtin sayəsində açıb.

Fasilədən sonra 52-ci dəqiqədə meydan sahibləri hesaba tarazlıq gətirib. İlija Nestorovski fərqlənib. Oyunun son dəqiqələrində “Udineze” rəqibini əks hücumda yaxalayaraq qələbə topunu vurub. Seko Farfana adını tabloya yazdırıb.

Bu qələbə sayəsində “Udineze” xal ehtiyatını 39-a çatdıraraq turnir cədvəlində 15-ci yerə yüksəlib. “Yuventus” isə 80 xalla birinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm