Tarixə keçən deyimlər: “İndi hamımız sülh içində ölə bilərik”
Bizi izləyin

İdman

Tarixə keçən deyimlər: “İndi hamımız sülh içində ölə bilərik”

Tarixə keçən deyimlər: “İndi hamımız sülh içində ölə bilərik”

UEFA-nın rəsmi internet saytı futbol tarixinin ən yaxşı şərhlərini müəyyənləşdirib.

Futbol şərhçilərinin ən qeyri-adi deyimləri arasında Türkiyədən də 4 nümunə göstərilib.

Publika.az idman şərhçilərinin matçlara damğa vuran deyimlərinin bəzilərini diqqətinizə çatdırır:

Türkiyədən - Ertem Şener:

“Hər yerindən öpürəm, Rüştü" (“Beşiktaş” – “Mançester Yunayted” matçında).

Türkiyədən Can Bartu:

"Ualş ikinci hissədə yaxşı oyun göstərmir, onu oyunda heç görə bilmirəm" ("Beşiktaş" forması geyən Ualş fasilədə əvəzlənmişdi).

Türkiyədən Emre Tilev:

"O dirəyi oraya kim qoydu" ("Beşiktaş" - "Stok Siti" matçında top dirəyə dəyib qayıdır)

Xorvatiyadan Mladen Deliç:

"Əgər bu matç 1-1 başa çatarsa, əlavə vaxt olacaq . Əlavə vaxtda da hesab dəyişməzsə oyun çərşənbə günü təkrar keçiriləcək. Lakin mən bazar günü geri dönmək üçün bileti almışdım. Görəsən biletlərimi yenidən dəyişərlərmi ? Sonra evə necə dönərəm?" (1978-ci ildə keçirilən dünya çempionatının finalında, Argentinanın Hollandiyanı əlavə vaxtda 3-1 məğlub etdiyi matçın uzatma dəqiqələrində söylədiyi deyim).

Fransadan Tyerri Roland:

"Məncə bu anı gördükdən sonra hamımız sülh içində ölə bilərik" (Fransanın 1998-ci ildə dünya çempionluğunu qazandıqdan sonrakı şərhi).

Macarıstandan Georgi Sepeşi:

"Gəlirlər .. gəlirlər .. Çexlər gəlirlər! (Macarıstanın ən məşhur şərhçilərindən olan Sepeşi 1970-ci ildə dünya çempionatının Play-off mərhələsində Macarıstanın Çex Respublikasına 1-4 hesabı ilə məğlub olduğu matçda mikrofona qışqıraraq söyləyib).

Portuqaliyadan Nuno Matos:

“ “Yuventus” bəlkə Avropanın keçmiş xanımı ola bilər, lakin “Benfika” da Avropanın keçmiş bəylərindəndir!" (Portuqaliyalı şərhçi Nuno Matosun ötən mövsüm “Yuventus”la “Benfika” arasında UEFA Avropa Liqası oyununda verdiyi şərh).

Türkiyədən Ümid Ağdan:

Hörmətli tamaşaçılar "Sion"un adı bu gündən sonra "Depre-Sion" (depresiya) olacaq”. (“Sion" - "Qalatasaray" oyunu 1:5 hesabı ilə başa çatıb).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm