“Zirə” Serbiyadan müdafiəçi alır - FOTO
Bizi izləyin

İdman

“Zirə” Serbiyadan müdafiəçi alır - FOTO

“Zirə” Klesio Baukdan sonra ikinci legioner transferini gerçəkləşdirib.

Publika.az xəbər verir ki, qəsəbə klubu «Qəbələ»dən ayrılan mozambikli yarımmüdafiəçinin ardınca Serbiyaya üz tutub.

Belə ki, «Radniçki»dən Lazar Corceviçlə anlaşılıb. 28 yaşlı mərkəz müdafiəçisi sabah Azərbaycana gəlməlidir. Onunla müqavilə müddəti 2 illik nəzərdə tutulub.

187 sm boya malik arxa xətt oyunçusu 2018-ci ildən «Radniçki»nin formasını geyinir. O, indiyədək 3 ölkədə legionerhəyatı yaşayıb – Şimali Maekedoniya, Slovakiya və Çexiyada.

«FK Palilulac»ın yetirməsi 2012-ci ildə «Sileks»ə transfer olunub. Sportinfo yazır ki, o, 1 il sonra Slovakiyaya yollanıb və 2 mövsüm «Koşitse»nin formasını geyinib. 2016-cıı ildə bu ölkədə «Jeleziarne»yə üz tutub və 2 il də adıçəkilən komandanın uğurlarıı üçün tər töküb.

2018-ci ildə ölkəsinə qayıdıb və «Voyvodina» ilə müqavilə bağlayıb. 2019-cu ilin əvvəlində Çexiyada peyda olan Lazar «Karvina» ilə anlaşıb. «Radniçki»yə də buradan gəlib. Belqrad komandasında yarım mövsümə 18 oyun keçirən müdafiəçi 2 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm