Arda Turan doğma klubuna qayıtdı - Prezident açıqladı
Bizi izləyin

İdman

Arda Turan doğma klubuna qayıtdı - Prezident açıqladı

Türkiyənin ən titullu futbol klubu olan "Qalatasaray" sabiq futbolçusu Arda Turanı geri qaytarıb.

Publika.az xəbər verir ki, bu barədə "NTV Spor"a İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz bildirib.

Klubun rəhbəri 33 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını bildirib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turanın son klubu "Başakşəhər" olub. O, İspaniyada "Atletiko" və "Barselona" klublarının da formasını geyinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm