"Qarabağ"ın rəqibləri məlum olacaq
Bizi izləyin

İdman

"Qarabağ"ın rəqibləri məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Ağdam komandası daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində qərarlaşacaq. Ona səpələnməmişlər səbətindəki daha aşağı reytinqli "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) rəqib olacaq.

Ümumilikdə 34 komanda 5 qrupdan ibarət olmaqla, 2 səbətə bölünüb. Onlardan mübarizəyə 33-ü birbaşa qatılanlar, 1-i isə ilkin mərhələnin qalibi olacaq.

1-ci qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Legiya" (Varşava, Polşa), "Ferentsvaroş" (Macarıstan)
Səpələnməmişlər: "Yurqorden" (İsveç), İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, KP (Reykyavik, İslandiya)

2-ci qrup
Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Sarayevo" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels), "Europa" (Cəbəllütariq)

3-cü qrup
Səpələnmişlər: "Lüdoqorets" (Bolqarıstan), ÇFR (Kluj, Rumıniya), "Omoniya" (Kipr)
Səpələnməmişlər: "Buduçnost" (Podqoritsa, Monteneqro), "Ararat-Armenia" (Ermənistan), "Floriana" (Malta)

4-cü qrup
Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), "Dinamo" (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər: "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya)

5-ci qrup
Səpələnmişlər: "Molde" (Norveç), "Dandolk" (İrlandiya), "Slovan" (Bratislava, Slovakiya), "Suduva" (Litva)
Səpələnməmişlər: "Flora" (Tallin, Estoniya), Kİ (Klaksvik, Farer adaları), "Tselye" (Sloveniya), "KuPS" (Finlandiya)

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm