İdman
Vüqar Həşimovun abidəsinin açılışı olacaq
İyulun 24-də görkəmli şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan 12 yaşadək uşaqlar arasında beynəlxalq turnir start götürəcək.
Publika.az xəbər verir ki, təşkilatçılar “Vüqar Həşimov Memorialı” uşaq turnirinin açılış mərasimini şahmatçımızın doğum günündə keçirməyi qərara alıblar. İyulun 24-də Vüqarın 28 yaşı tamam olur. Beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər olkələrdən iştirakçılar olacaq.
Sabah saat 11-də II Fəxri Xiyabanda görkəmli şahmatçımız Vüqar Həşimovun abidəsinin açılışı olacaq. Bundan dərhal sonra isə saat 12-də “Exselsior Bakı” otelində turnirin rəsmi açılış mərasimi baş tutacaq. Həmin gün ilk turun oyunları keçiriləcək. Turnir avqustun 1-də başa çatacaq.
Qeyd edək ki, 100-dən çox yeniyetmənin iştirak edəcəyi “Vüqar Həşimov Memorialı” 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək imkanı qazanacaq. Qalib şahmatçı eyni zamanda Vüqar Həşimov Kubokuna sahib çıxacaq. Gümüş medalçı isə “Baku Open” turnirinə dəvət alacaq. Bürünc mükafatçı “Naxçıvan Open”də iştirak edəcək.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular