İki məşhur klubun futbolçuları koronavirusa yoluxdu
Bizi izləyin

İdman

İki məşhur klubun futbolçuları koronavirusa yoluxdu

“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə klubdan verilən rəsmi açıqlamada deyilir.

Bildirilib ki, futbol komandasının texniki heyəti, performans, səhiyyə, idarəçi heyətləri testdən keçirilib. Onlardan 2 nəfərin nəticəsi pozitiv çıxıb.

İnfeksiya daşıyıcılarının klinik şikayətinin olmadığı bildirilib. Onların izolyasiya və müalicə tədbirlərinə başlanıb.

Bundan başqa, “Trabzonspor”un bir futbolçusunda da infeksiya aşkarlanıb.

Klubdan verilən açıqlamada həmin şəxsin vəziyyətinin yaxşı olduğu və karantinə alındığı qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm