Həbib Nurməhəmmədov öz liqasını yaratdı
Bizi izləyin

İdman

Həbib Nurməhəmmədov öz liqasını yaratdı

"Biz öz liqamızı açdıq - MMA Global. Döyüşlər pandemiya dövrünə uyğun bir yerdə keçiriləcək. Oktyabr və ya noyabr aylarında ilk turnir olacaq. Turnir Floridada keçiriləcək"

Publik.az xəbər verir ki, bunu qarışıq döyüş sənəti liqasının açılışını elan edən Həbib Nurməhəmmədov Moskvada keçirilən mətbuat konfransında bildirib.

Peşəkar karyerasında heç bir məğlubiyyətə uğramayan rusiyalı idmançı 28 yarışda iştirak edib. UFC-də son döyüşünü isə Nurməhəmmədov sentyabr ayında UFC 242 turnirində keçirib. O zaman çempion amerikalı Dastin Porye üzərində vaxtından əvvəl qələbə qazanıb.

Daha əvvəl isə Həbib siyasi karyera qurmasının mümkün olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm