• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

“Qarabağ”ın rəqibi Bakıda

  • İdman
  • 17 Avqust 2020 19:38
  • 721 Baxış
“Qarabağ”ın rəqibi Bakıda

Şimali Makedoniyanın “Sileks” klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı “Qarabağ”la matç üçün Azərbaycana gəlib.

Publika.az xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Bakıya səfər edib.

Saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Sileks”in baş məşqçisi Qoran Simovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Qeyd edək ki, sabah Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyununa saat 20:00-da start veriləcək. Bu cütün qalibi növbəti mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR