“Qarabağ” Çempionlar Liqasında ilk oyununa çıxacaq
Bizi izləyin

İdman

“Qarabağ” Çempionlar Liqasında ilk oyununa çıxacaq

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarətdir.

Çempionlar Liqasının I təsnifat mərhələsi

18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm