"Fənərbağça" "Yuventus"un sabiq futbolçusunu transfer etdi
Bizi izləyin

İdman

"Fənərbağça" "Yuventus"un sabiq futbolçusunu transfer etdi

Türkiyənin "Fənərbağça" futbol klubu növbəti transferini həyata keçirib.

Publika.az klubun rəsmi saytına istinadlz xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"dan Mame Tiamı heyətinə qatıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Seneqallı oyunçu 2019/2020 mövsümündə "Kasımpaşa"da 28 matçda 12 qol vurub, 5 qolun ötürməsini verib.

Xatırladaq ki, "Fənərbağça" bundan əvvəl Mert Hakan Yandaş, Gökhan Gönül, Caner Erkin və Filip Novakı transfer edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm