"Qarabağ"ın növbəti rəqibi məlum oldu
Bizi izləyin

İdman

"Qarabağ"ın növbəti rəqibi məlum oldu

Azərbaycanın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub.

Publika.az xəbər verir ki, "Qarabağ"ın rəqibi Moldovanın "Şerif" klubu və Lüksemburqun "Fola" klubu arasında keçirilən qarşılaşmadan sonra bəlli olub.

"Şerif" rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb. Bununla da II təsnifat mərhələsinə vəsiqə qazanan Moldova klubu "Qarabağ"ın rəqibi olub.

Xatırladaq ki, ötən gün "Qarabağ" I təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm