Azərbaycan Premyer Liqasında yeni mövsüm BAŞLADI
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqasında yeni mövsüm BAŞLADI

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start verilib.

Publika.az xəbər verir ki, açılış matçı Sumqayıtda keçirilir. Yerli komanda "Kapital Bank Arena"da "Keşlə"ni qəbul edir.

Start fitindən əvvəl stadionda ənənəvi olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Günün ikinci oyunu saat 20:30-da "Bakcell Arena"da "Neftçi" və "Səbail" komandaları arasında olacaq.

Qeyd edək ki, turun digər matçı avqustun 22-də olacaq. Son çempion "Qarabağ" "Sabah"la görüşəcək. Tura avqustun 23-də "Qəbələ" - "Zirə" dueli ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm