Əfsanəvi idmançı koronavirusa yoluxdu - FOTO
Bizi izləyin

İdman

Əfsanəvi idmançı koronavirusa yoluxdu - FOTO

Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltda koronavirus aşkarlanıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, yamaykalı atletdən götürülən analizin nəticəsi müsbət çıxıb. O, dərhal evində karantinə alınıb.

Avqustun 21-də 34 yaşı tamam olan tanınmış idmançının virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur. Ziyafətdə İngiltərə millisinin və "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq və Almaniya "Bayer"inin futbolçusu Leon Beyli də iştirak ediblər.

Qeyd edək ki, Useyn Bolt eyni zamanda 11 dəfə dünya çempionu tituluna sahib çıxıb. O, 8 qat dünya rekordçusudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm