İngiltərədən imtina edib Şəkiyə gəldi – Məşhur qadından ilginc qərar
Bizi izləyin

İdman

İngiltərədən imtina edib Şəkiyə gəldi – Məşhur qadından ilginc qərar

Şəkinin qadınlardan ibarət “Marxal” futbol komandası ilə müqavilə bağlayan təbrizli futbolçu İngiltərə klubundan aldığı təklifdən imtina etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, klubla bir illik müqavilə imzalayan Səba Səlimirad “Təbrize Bidar” xəbər saytına verdiyi müsahibədə ailəsinin və yaxınlarının israrına baxmayaraq türk olduğu üçün Azərbaycan klubunda oynamağı üstün tutub.

“Türklüyümə olan bağlılığım və təəssübkeşliyim üçün mənimlə eyni dildə danışam ölkədə oynamağı üstün tutdum. Ailəmin və yaxınlarımın israrına baxmayaraq İngiltərədən aldığım təklifi qəbul etmədim”, - Səlimirad bildirib.

22 yaşlı futbolçu həmçinin qeyd edib ki, “Traktor”un qadınlardan ibarət futbol komandası yaradılsa, təmənnasız olaraq həmin klubda oynamağa hazırdır.

İranda qadın idmançılara qarşı ayrı-seçkilik səbəbindən bir çox istedadlı qadının məhv olduğunu deyən Səlimirad Təbriz şəhərinin aidiyyəti qurumlarını ona və digər idmançılar diqqət və dəstəyi göstərmədikləri üçün tənqid edib.

Təbrizdə anadan olan güney azərbaycanlı hücumçu indiyə qədər İranın “Ansar”, “Hilal Ahmar” kimi klublarında çıxış edib. Səlimiradın son klubu isə İraqın “Əl-Qatan” olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm