“Qarabağ”ın Çempionlar Liqasındakı oyunu ukraynalı hakimlərə tapşırıldı
Bizi izləyin

İdman

“Qarabağ”ın Çempionlar Liqasındakı oyunu ukraynalı hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”–“Şerif” (Moldova) matçına hakim təyinatı açıqlanıb.

Publika.az AFFA-nın saytına istinadla xəbər verir ki, görüş Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Mikola Balakin, yan xətt hakimləri Viktor Matyaş və Sergey Pristup olacaqlar. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Şerif” matçı saat 20:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm