"Qarabağ"dan növbəti transfer - FOTO
Bizi izləyin

İdman

"Qarabağ"dan növbəti transfer - FOTO

Ağdamın “Qarabağ” klubu cari mövsüm üçün növbəti transferini reallaşdırıb.

Publika.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu kabo-verdeli futbolçu Patrik Andradeni heyətinə qatıb.

Mərkəz yarımmüdafiəçisi ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, ölkəsinin “Sportinq”, “Desportivo”, “Benfika” klublarında oynadıqdan sonra Portuqaliyanın “Ribeyrao” komandasına üz tutan Andrade, 2013-2014-cü il mövsümündə “Joane”də icarə əsasında çıxış edib. 2014-cü ildən 2018-ci ilədək “Moreyrense”də çıxış edən futbolçu həmin illərdə “Famalikao” və “Salqeyros”da icarədə oynayıb. 2018-ci ildən isə o, Bolqarıstanın “Çerno More” komandasında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm