Levandovski Almaniyada ilin ən yaxşısı oldu
Bizi izləyin

İdman

Levandovski Almaniyada ilin ən yaxşısı oldu

Almaniyada ilin ən yaxşı futbolçusu məlum olub.

Publika.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski bu ada layiq görülüb. "Kicker" nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında keçirdiyi sorğuda polşalı futbolçu 276 səslə qalib olub. R.Levandovski "Bavariya" ilə son mövsümdə iştirak etdiyi 47 oyunda 55 qol vurub.

İkinci və üçüncü sırada Levandovskinin komanda yoldaşları Tomas Müllerlə (54) Yozua Kimmix (49) yer alıb.

Xatırladaq ki, "Bavariya" klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qalibi olub. Münxen təmsilçiləri final matçında Fransanın "Paris Sen-Jermen" klubunu 1:0 hesabı ilə məğlub ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm