“Qarabağ”ın ÇL-dəki rəqibi bilindi
Bizi izləyin

İdman

“Qarabağ”ın ÇL-dəki rəqibi bilindi

İsveçrənin Nyon şəhərində 2020-2021-ci il UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, püşkatmaya əsasən, Azərbaycan çempionu "Qarabağ"ın rəqibi Norveçin "Molde" klubu olub.

Bir görüşdən ibarət olan mərhələdə "Qarabağ" matçını doğma meydanda keçirəcək.

Üçüncü təsnifat mərhələsinin matçları sentyabrın 15-16-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm