İtaliya millisi öz meydanında xal itirib
Bizi izləyin

İdman

İtaliya millisi öz meydanında xal itirib

Avqustun 4-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün birinci turunun növbəti oyunları keçirilib.

Publikaz.az xəbər verir ki, ikinci oyun günündə A, B və C liqalarında, ümumilikdə, 8 matç baş tutub.

A liqasının 1-ci qrupunda yer alan İtaliya millisi öz meydanında Bosniya və Hersoqovina komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı 57-ci dəqiqədə qonaqlar açıblar. Edin Dzeko fətqlənib. Oyunun 67-ci dəqiqəsində Stefano Sensi hesaba tarazlıq gətirib.

Azərbaycan millisinin yer aldığı C liqasında isə Litva millisi öz meydanında Qazaxıstan seçməsinə (2:0), Belarus isə komandası Albaniya millisinə eyni hesabla məğlub olub.

Günün digəq görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A liqası (1-ci qrup)

Niderland – Polşa - 1:0.

B liqası (1-ci qrup)

Norveç - Avstriya - 1:2

Rumıniya – Şimali İrlandiya -1:1

B liqası (2-ci qrup)

Şotlandiya - İsrail - 1:1

Slovakiya – Çexiya - 1:3.

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə dünən start verilib. Azərbaycan yığması turnirdə ilk oyununu bu gün Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm