"El Klassiko" nə vaxt keçiriləcək?
Bizi izləyin

İdman

"El Klassiko" nə vaxt keçiriləcək?

"El Klassiko" nə vaxt keçiriləcək?

İspaniya La Liqasında 2014/2015 mövsümünün püşkü atılıb və ilk turun cütlükləri artıq müəyyənləşib.

Publika.az xəbər verir ki, ilk turda çempion "Atletiko" səfərdə "Rayo Valyekano"nun qonağı olacaq. "Barselona" öz meydanında "Elçe"ni, "Real" isə "Kordoba"nı qonaq edəcək.

Dünyanın maraqla gözlədiyi duel - "El Klassiko"nun da vaxtı bəlli olub. İlk oyun Kataloniyada - oktyabrın 26-da baş tutacaq. Bu komandalar arasında ikinci görüş isə Madriddə - martın 22-də (2015) keçiriləcək.

Qeyd edək ki, La Liqanın birinci turunun oyunları 23-25 avqust tarixlərində keçiriləcək.

23-25 avqust

La Liqa - ilk turun oyunları

"Sevilya" - "Valensiya"

"Barselona" - "Elçe"

"Rayo Valyekano" - "Atletiko" (Madrid)

"Eybar" - "Real Sosyedad"

"Real" (Madrid) - "Kordoba"

"Selta Viqo" - "Xetafe"

"Levante" - "Vilyareal"

"Malaqa" - "Atletik" (Bilbao)

"Almeríya" - "Espanyol"

"Qranada" - "Deportivo"

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm