Messi ilk məşqinə çıxdı
Bizi izləyin

İdman

Messi ilk məşqinə çıxdı

“Mançester Siti”yə transferi gözlənilən argentinalı ulduz Lionel Messi “Barselona” ilə məşqə çıxıb.

Publika.az xəbər verir ki, yeni mövsümdən əvvəl komandası ilə ilk məşqini edən Messi əvvəlcə COVID-19 testindən keçirilib.

Bu, onun həm də “Barselona”nın yeni baş məşqçisi Ronald Koemanın idarəçiliyindəki ilk məşqi olub.

Qeyd edək ki, ulduzu “Barselona” ilə parlayan 33 yaşlı futbolçu 25 avqustda komandadan ayrılmaq istədiyini dilə gətirmiş, lakin klubun 700 milyon avro qarşılığında sərbəst qalma şərtinə görə bu qərarından imtina etmişdi.

Onun müqavilə müddəti 30 iyun 2021-ci ildə bitəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm