"Qalatasaray" yeni futbolçu icarəyə götürdü
Bizi izləyin

İdman

"Qalatasaray" yeni futbolçu icarəyə götürdü

Bakının "Neftçi" futbol klubu UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" heyətinə yeni futbolçu cəlb edib.

Publika.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Stok Siti"nin yarımmüdafiəçisi Oqhenekaro Etebonu icarəyə götürüb. Nigeriyalı oyunçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Bildirilir ki, Superliqa klubu futbolçuya görə İngiltərə təmsilçisinə 675 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə əsasən, "Qalatasaray" Etebonu 7.5 milyon avro qarşılığında "Stok Siti"dən birdəfəlik transfer etmək hüququna sahibdir. Oyunçunun yeni klubunda illik maaşı isə 1.2 milyon avro olacaq.

Qeyd edək ki, Oqenekaro Etebo ötən mövsümün ikinci yarısını icarə əsasında "Xetafe"də keçirib.aldı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm