İdman
"İnter" Avropa Liqasında mübarizəni penaltilərlə dayandırdı
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxıb.
Premyer Liqamızın gümüş mükafatçısı bu mərhələdə İsveç "Elfsborq"u ilə mübarizə aparırdı. Hansı ki, bu komanda mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən start vermişdi. "Bankirlər" isə ilk təsnifat mərhələsində Moldova "Tiraspol"unu mübarizədən kənarlaşdırmışdı - 3:2, 3:1.
"İnter" səfər oyununda minimal hesablı qələbəyə sevindiyindən,
doğma meydanda hətta heç-heçə də komandamızı növbəti mərhələyə
çıxaracaqdı. Amma təəssüf ki, "bankirlər" üçü ev oyunu pis
başlayıb. Artıq 4-cü dəqiqədə azlıqda qalan, qapısına penalti təyin
olunan təmsilçimizin qapıçısı Lomaya bu epizodda hesabın açılmasına
imkan verməyib. Buna baxmayaraq, ilk yarının son saniyələrində
qonaqlar istəklərinə çatıblar. İkinci hissədə qol olmayınca matç
əlavə vaxta gedib. Amma komandalar əlavə yarım saatda da qol vura
bilməyiblər. Nəticədə, qalibi penaltilərlə müəyyənləşdirmək lazım
gəlib. Daha dəqiq oynayan İsveç təmsilçisi növbəti mərhələyə
vəsiqəyə sahib çıxıb.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
24 iyul
İnter - Elfsborq - 0:1 (penaltilər - 3:4)
Qol: S.Holmen, 45+2 (0:1).
Matçın 5-ci dəqiqəsində P.Frik penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: L.Salukvadze, 4.
Sarı vərəqə: D.Madriqal, 14, A.Svensson, 23, H.Hauqer, 67. Y.Bokonyano, 94, G.Lomaya, 115, M.Alvaro, 116.
Hakimlər: Stanislav Todorov, İvo Kolev, Martin Venev, Nikolay Yordanov (hamısı Bolqarıstan).
Bakı. "Şəfa" stadionu.
İlk oyun - 1:0
Penalti seriyası:
Mikel Alvaro - 0:0
Viktor Prodell - 0:1
Aleksandr Amisulaşvili - 1:1
Markus Rohden - 1:2
Derlis Meza Kolli - 2:2
Lars Nilsson - 2:2
Matiya Şpiçiç - 2:2
Daniel Mobek - 2:2
Yohan Bokonyano - 3:2
Mikkell Bekmann - 3:3
Arif Daşdəmirov - 3:3
Sebastyan Holmen - 3:4
İNTER: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 27. Dieqo Madriqal (11. Asif Məmmədov, 70) (9. Mirzağa Hüseynpur, 106), 28. Baçana Sxadadze (4. İvan Benites, 46).
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 13. Mirsayib Abbasov.
Baş məşqçi: Kaxaber Sxadadze.
ELFSBORQ: 1. Kevin Elleqor, 7. Yohan Larsson (k) (15. Andreas Klarström, 71), 11. Daniel Mobek, 12. Sebastyan Holmen, 8. Anders Svensson, 20. Adam Lundqvist, 21. Henninq Hauqer, 25. Markus Rohden, 9. Lars Nilsson, 16. Viktor Klaesson (10. Mikkel Bekmann, 16), 17. Per Frik (24. Viktor Prodell, 110).
Ehtiyat oyunçular: 30. Abbas Hassan 13. Arber Zeneli, 14. Anton Andreasson, 19. Simon Hedlund.
Məşqçi: Yan Miyan.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir