İdman
Həbibin karyerasının sonu çatıb? - ÖZÜ DANIŞDI
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov növbəti dəfə hələ karyerasını tamamlamaq haqqında fikirləşmədiyini deyib.
Publika.az xəbər verir ki, bu barədə o, “Sport24”ə açıqlamasında bildirib.
İdmançının sözlərinə görə, hələlik "özünün daha möhkəm olduğunu” hiss edir:
"(Karyeranı-red) nə vaxt bitirəcəksən sualları olduqca çoxdur. Başa düşürəm, insanlar mənim qələbələrimdən yoruldular, yeni nəsə istəyirlər. Hələ ki, bədənim icazə verir, hələlik, daha möhkəm oluram, karyeranın tamamlanması haqqında müəyyənliklər yoxdur”.
O, qeyd edib ki, özündə rəqibləri ilə mübarizə aparmaq gücünün olduğunu hiss edir: “Mən hələ hiss edirəm ki, rəqabət apara, öz çəkimdə ən yaxşı ola və ağır yüklənmələri qəbul edə bilərəm, mən gediş haqqında fikirləşmirəm", - rusiyalı idmançı əlavə edib.
Daha əvvəl H.Nurməhəmmədov bildirib ki, peşəkar idmandan getdiklərini elan edən atletlərin təxminən 90%-i adətən yenidən bu sahəyə qayıdırlar.
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?