FHN-in əməkdaşı daha bir uğura imza atdı
Bizi izləyin

İdman

FHN-in əməkdaşı daha bir uğura imza atdı

Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman Sarayında, açıq hava şəraitində Stronqmen güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 80 kiloqram çəki dərəcəsində Stronqmen idman növü üzrə Log lift (Ağırlığı başın üzərinə qaldırmaq), Deadlift (Ağırlığı yerdən qaldırmaq) və 2 tondan çox ağırlığı olan maşını dartmaq hərəkətində 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı üçqat Avropa və dördqat dünya çempionu, fəxri idman ustasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm