• USD 1,7000 0,00% EUR 1,9899 +0,02%
    • GBP 2,1973 +0,26% RUB 0,0218 0,00%

"Qalatasaray" "Neftçi"ni Bakıda MƏĞLUB ETDİ - VİDEO (YENİLƏNDİ)

  • İdman
  • 17 Sentyabr 2020 21:21
  • 1 480 Baxış
"Qalatasaray" "Neftçi"ni Bakıda MƏĞLUB ETDİ - VİDEO

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda dördüncü qol vurulub.

Publika.az
xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi hesabı artırıb.

Mbaye Diaqne 63-ci dəqiqədə özünün ikinci, komandasının isə 3-cü qolunu vurub.

***

21:11

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.

Publika.az
xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib.

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.

***

21:04

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda 2-ci qol vurulub.

Publika.az xəbər verir ki, "Neftçi"nin hücumçusu Mamadu Mbodj 46-cı dəqiqədə hesabı bərabərləşdirib.

***

20:21

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, Mbaye Diaqne 19-cu dəqiqədə vurduğu qolla "Qalatasaray"ı önə çıxarıb.

***

19:49

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" turnirdə növbəti oyununu keçirəcək. Flaqman Türkiyə nəhəngi "Qalatasaray"la qarşılaşacaq.

Bakı Olimpiya Stadionundakı görüş saat 20:00-da start götürəcək.

Avropa Liqası

II təsnifat mərhələsi

17 sentyabr

20.00 Neftçi - Qalatasaray (Türkiyə)

Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)

Bakı Olimpiya Stadionu

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 26. Ömər Buludov, 36. Mamadu Kane.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Renar Alves, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tallison Dias.

Baş məşqçi: Füzuli Məmmədov.

Qalatasaray: 99. Fatih Öztürk, 4. Taylan Antalyalı, 8. Rayan Babel, 10. Yunes Belhanda, 14. Martin Linnes (k), 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 45. Markao, 54. Emre Kılınç, 90. Mbaye Diane.

Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Omar Elabdellaui, 9. Radamel Falkao, 15. Rayan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli.

Baş məşqçi: Fatih Terim.

Qeyd edək ki, I raundda Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırmış "ağ-qaralar" İstanbul təmsilçisini də keçəcəyi təqdirdə növbəti mərhələdə "Renova” (Şimali Makedoniya) - "Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR