• USD 1,7000 0,00% EUR 2,0063 -0,37%
    • GBP 2,2204 -0,54% RUB 0,0222 +0,90%

UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

  • İdman
  • 18 Sentyabr 2020 11:44
UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

UEFA İcraiyyə Komitəsinin növbəti iclası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Toplantı sentyabrın 24-də gerçəkləşəcək. Bu, eyni gündə "Puşkaş Arena"da Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları arasında keçiriləcək UEFA Super Kuboku ərəfəsində baş tutacaq.

İcraiyyə Komitəsinin gündəliyinə daxil olan əsas məsələlər bunlardır:

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin təqvimi

2020/2021 mövsümü üzrə Millətlər Liqasında final mərhələsinin püşkatma proseduru və təqvimi

2020/2021 mövsümündə UEFA Gənclər Liqasının formatı və təqvimi

"UEFA Grassroots mükafatları - 2020"

Müxtəlif UEFA komitələrinin hesabatları

İcraiyyə Komitəsinin iclasında sonra UEFA prezidenti Aleksander Çeferinin mətbuat konfransı nəzərdə tutulub.

Koronavirus səbəbindən az sayda jurnalistə icazə veriləcək və konfrans UEFA-nın rəsmi saytında canlı yayımlanacaq.(report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR