“Qəbələ” son dəqiqələrdə qələbəni əldən verdi
Bizi izləyin

İdman

“Qəbələ” son dəqiqələrdə qələbəni əldən verdi

Sentyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, “Neftçi” klubu “Dalğa Arena”da “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı 32-ci dəqiqədə cərimə zərbəsindən qonaq komandanın futbolçusu Rövlan Muradov vurub. O, qol sevincini Dağlıq Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən azad olunması üçün hərbi əməliyyatlara başlayan Azərbaycan ordusuna dəstək əlaməti kimi əsgər salamı ilə qeyd edib.

“Neftçi”dən isə 90+4-cü dəqiqədə Sabir Buqrin fərqlənib. Bununla da ilk qələbə şansını əldən verən “Qəbələ” xalını 3-ə çatdırsa da, sonuncu pillədə qalıb. Qələbə qazanmadığı üçün vahid liderə çevrilə bilməyən “Neftçi” isə 7 xalla ilk "3-lüy"ə daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm