ÇL-da qrup mərhələsinin püşkü atılır
Bizi izləyin

İdman

ÇL-da qrup mərhələsinin püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mərasim Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qitə futbol qurumu artıq püşkatmaya qatılacaq 32 komandanı 4 səbətə bölüb. Püşk nəticəsində 8 qrupun tərkibi müəyyənləşəcək.

Tədbirdə həmçinin 2019/20 mövsümünün 12 nominasiya üzrə ən yaxşıları müəyyənləşəcək.

1 oktyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

I səbət

"Bavariya" (Almaniya)

"Sevilya" (İspaniya)

"Real Madrid" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Yuventus" (İtaliya)

PSJ (Fransa)

"Zenit" (Rusiya)

"Porto" (Portuqaliya)

II səbət

"Barselona" (İspaniya)

"Atletiko" (İspaniya)

"Mançester Siti" (İngiltərə)

"Mançester Yunayted" (İngiltərə)

"Şaxtyor" (Ukrayna)

"Borussiya" (Dortmund, Almaniya)

"Çelsi" (İngiltərə)

"Ayaks" (Niderland)

III səbət

"Dinamo" (Kiyev, Ukrayna)

"Leyptsiq" (Almaniya)

"Zaltsburq" (Avstriya)

"İnter" (İtaliya)

"Olimpiakos" (Yunanıstan)

"Latsio" (İtaliya)

"Krasnodar" (Rusiya)

"Atalanta" (İtaliya)

IV səbət

"Lokomotiv" (Moskva, Rusiya)

"Marsel" (Fransa)

"Brügge" (Belçika)

"Borussiya" (Mönxenqladbax, Almaniya)

"Başakşehir" (Türkiyə)

"Renn" (Fransa)

"Ferentsvaroş" (Macarıstan)

"Midtüllann" (Danimarka)

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına oktyabrın 20-də start veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm