Onlar Azərbaycanda aylıq 25-30 min dollar qazanır
Bizi izləyin

İdman

Onlar Azərbaycanda aylıq 25-30 min dollar qazanır

"Ekstraklassada güclü futbolçu qıtlığı yoxdur, oyunlarda sürət yuxarı olur".

Publika.az xəbər verir ki, bu fikirlər "Qarabağ"ın legioneri Donald Geryeyə aiddir.

Vaxtilə "Visla"nın da formasını geyinmiş haitili müdafiəçi Azərbaycan və Polşa çempionatlarını müqayisə edərək, maraqlı fikirlər səsləndirib: "Azərbaycan çempionatı pul üzərində qurulub.

Məsələn, Krakov "Visla"sında futbolçulara ayda təqribən 5000 dollar ödəyirlər. Burada isə məbləğ böyükdür. Legionerlər aylıq 25-30 min dollar qazanırlar.

Azarkeş baxımından da üstünlük Polşa klublarındadır. Azərbaycanda insanlar stadiona əsasən avrokubok matçları zamanı gəlirlər.

Klub Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsində çıxış edirsə, azarkeş sayı çox olur. Daxili yarışda isə say azalır.

Polşada "Legiya" və "Lex"in matçlarında oynadığı rəqibdən asılı olmayaraq stadionda çoxlu azarkeş olur. Bu barədə Yakub Jezniçakla çox danışmışam".(sportinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm