Bu ölkə AVRO-2020-nin təşkilatçılığından imtina edə bilər
Bizi izləyin

İdman

Bu ölkə AVRO-2020-nin təşkilatçılığından imtina edə bilər

2021-ci ilə təxirə salınan futbol üzrə AVRO-2020 növbəti təhlükə ilə üzləşib.

Publika.az xəbər verir ki, 13 ölkədə təşkil olunacaq final mərhələsinin İngiltərədə baş tutmalı görüşləri ləğv edilə bilər.

Bunu Böyük Britaniyanın Mədəniyyət, KİV və İdman naziri Oliver Dauden açıqlayıb. O qeyd edib ki, COVID-19 pandemiyasının Londonun AVRO-2020-nin matçlarını qəbul etməsinə mane olmaq ehtimalı böyükdür: “Ümid edirəm ki, turnir baş tutacaq. Lakin virusla bağlı vəziyyəti və onun gözlənilməz olduğunu nəzərə alsaq, təminat vermək çətindir. Azarkeşlər risk altında olduğu vaxt turnirin keçirilməsini istəməyəcək. Növbəti qışda yenidən xəstəliklə üzləşəcəyik. Şübhəsiz ki, qərar verərkən ilk növbədə insanların sağlamlığını əsas götürəcəyik”, - O.Dauden bildirib.

Qeyd edək ki, Londondakı “Uembli” stadionu qrup mərhələsinin üç oyununu, həmçinin 1/8, 1/2 final və final görüşünü qəbul etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm