O, İstanbulda qalası oldu
Bizi izləyin

İdman

O, İstanbulda qalası oldu

O, İstanbulda qalası oldu

Avropanın bir çox klublarının hədəfində olan Uesli Sneyder “Qalatasaray”da qalacaq.

Publika.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun meneceri verib.

Quido Albers bildirib ki, təkliflərə rəğmən, Sneyder İstanbulda qalmağı qərarlaşdırıb:

“Dünya çempionatı ərzində bir çox klub mənimlə əlaqə yaratdı. "Monako"dan təklif gəlib. Ancaq "Mançester Yunayted"ə keçidlə bağlı mətbuatda yazılanlar düz deyil. Heç İngiltərə klubundan təklif də gəlməyib.

Son qərar isə Sneyderin oldu və o "Qalatasaray"da qalmağa üstünlük verdi. Sneyderin Ünal Aysalla da münasibəti yaxşıdır. Hazırda müqavilə müddətini artırmaq haqda düşünürük".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm