Millimizin rəqibləri qələbə qazana bilmədilər
Bizi izləyin

İdman

Millimizin rəqibləri qələbə qazana bilmədilər

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan komandalar yoldaşlıq görüşləri keçiriblər.

Publika.az xəbər verir ki, Monteneqro yığması evdə Latviyaya məğlubiyyətdən uzatma dəqiqələrində qurtulub. İqor Tarasovun 26-cı dəqiqədə vurduğu qola 90+1-ci dəqiqədə İqor İvanoviç cavab verib - 1:1.

Kipr evdə Çexiyaya məğlub olub - 1:2. 13-cü dəqiqədə Tomas Holeşin qolundan sonra hesabda geri düşən ada komandası 32-ci dəqiqədə buna Loizos Loizu ilə cavab verib. Lakin 43-cü dəqiqədə Vladimir Darida penalti ilə qonaq komandanın qələbə topunu vurub.

Lüksemburq isə evdə Lixtenşteynə eyni hesabla uduzub. 23-cü dəqiqədə qonaq komandadan Fabio Volfinger hesabı açıb. 62-ci dəqiqədə Nikolas Hasler penalti ilə fərqi artırıb. 72-ci dəqiqədə isə Gerson Rodriges meydan sahiblərinin təsəlli qolunu vurub.

Qeyd edək ki, oktyabrın 10-da Monteneqronun qonağı olacaq Azərbaycan millisi oktyabrın 13-də Albaniyada Kipri qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm