“Yaxın Şərqdə ölən Qərbin vicdanıdır”
Bizi izləyin

İdman

“Yaxın Şərqdə ölən Qərbin vicdanıdır”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ötən gün iftar mərasimində iştirak edib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Qadın və Demokratiya dərnəyinin (KADEM) ənənəvi iftar mərasimində iştirak edərkən çıxışında müsəlman ölkələrində baş verən zülmlərə toxunub.

O, Misirdə, Suriyada, Fələstində, İraqda yaşanılan zülmlərin ən çox qadınlara və uşaqlara təsir etdiyini vurğulayıb və bu qədər baş verənlərə dünyanın səssiz qalmasını qınayıb.

“Əslində, ölən Yaxın Şərqdəki qadınlar, uşaqlar deyil. Onlar şəhiddirlər və yaşayırlar. Ölən isə Qərbin vicdanıdır, modern dünyanın insafıdır, əslində ölən insanlıqdır.” – deyə Əminə Ərdoğan ürək yanğısı ilə çıxışında bird aha Qəzzalıları xatırlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm