"Qarabağ" "Makkabi"yə qarşı
Bizi izləyin

İdman

"Qarabağ" "Makkabi"yə qarşı

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

12 qrupda 24 görüş keçiriləcək. Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da yer aldığı I qrupunda ilk oyununa çıxacaq. Ağdam klubu İsraildə "Makkabi"nin qonağı olacaq.

Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda isə 7-ci dəfə qrupda yarışacaq Qurban Qurbanovun komandası uğurlu başlanğıc etmək niyyətindədir.

Qrupun digər oyununda "Vilyarreal" "Sivasspor"u qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm