"Neftçi" liderliyə yüksəldi
Bizi izləyin

İdman

"Neftçi" liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Keşlə" "Neftçi"ni qəbul edib. ASK Arenadakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 69-cu dəqiqədə Namiq Ələsgərov fərqlənib.

Bu nəticədən sonra "Neftçi" 13-cü xalını qazanıb və 1 oyun çox keçirməklə ilk pilləyə yüksəlib. "Keşlə" isə 9 xalla hələ ki, dördüncüdür.

Qeyd edək ki, günün digər matçında "Qəbələ" evdə "Səbail"lə heç-heçə edib - 1:1. Tura bu gün keçiriləcək "Zirə" - "Qarabağ" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm