İdman
Cüdo millimiz “Böyük dəbilqə”də 4-cü oldu

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan komandası 1qızıl, 2 bürünc medalla başa vurub.
Publika.az xəbər verir ki, yığma komandanın aktivinə qızıl medalı milli komandamızın üzvü Rüstəm Orucov (73 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev qazandırıblar. Digər idmançılarımızdan Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq 7-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan komandası 4-cü yerdə qərarlaşıb.
İdmançılarımız, həm də, Tokio Olimpiya Oyunlarına lisenziya xalları qazanıblar. Ümumi nəticələrə görə, Rusiya 3 qızıl, 2 gümüş, 1 bürünc medalla birinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 17 cüdoçu ilə iştirak edib. Yarışda 61 ölkədən 405 idmançı mübarizə aparıb.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi