“Köhlən atlar” “Red bull” içəcək?
Bizi izləyin

İdman

“Köhlən atlar” “Red bull” içəcək?

“Köhlən atlar” “Red bull” içəcək?

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - "Qarabağ"da növbəti sınağına çıxır.

Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. “Köhlən atlar”ın startdakı rəqibi Malta "Valletta"sı idi. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı.

Bu mərhələdə isə təmsilçimizin rəqibi Avstriya "Zalsburq"udu. Bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması rəqibin necə ciddi klub olmasından xəbər verir.

Cavab görüşü səfərdə keçiriləcəyindən "Qarabağ" ilk oyunda sərfəli nəticə qazanmağa çalışmalıdır.

Çempionlar Liqası

Üçüncü təsnifat mərhələsi (ilk oyun)

30 iyul

20:30. Qarabağ - Zalsburq

Baş hakim: Sergey Boyko (Ukrayna).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm