"Barselona" 8-ci pilləyə YÜKSƏLDİ
Bizi izləyin

İdman

"Barselona" 8-ci pilləyə YÜKSƏLDİ

İspaniya La Liqasının 9-cu turunda "Barselona" - "Betis" qarşılaşması baş tutub.

Publika.az xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən matç ev sahibinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:2.

"Barselona"nın heyətində Ousman Dembele (22), Antuan Qruzman (49), Lionel Messi (61, 82) və Pedri (90) fərqləniblər. "Betis"in qollarını isə Antonaia Sanabria (45+2) və Loren Moron (73) rəqib qapısından keçirib.

Bu nəticə ilə "Barselona" turnir cədvəlində 8-ci pilləyə yüksəlib (11 xal), "Betis" isə 12 xalla 7-ci pillədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm