Diniyevin proqnozu: “Çətin olacaq”
Bizi izləyin

İdman

Diniyevin proqnozu: “Çətin olacaq”

Diniyevin proqnozu: “Çətin olacaq”

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Avstriyanın "Zalsburq" komandası ilə qarşılaşacaq.

Təcrübəli mütəxəssis Şahin Diniyev "Qarabağ" - "Zalsburq" görüşü barədə fikirlərini bildirib. Publik.az-a açıqlama verən mütəxəssis “Qarabağ”ı çətin görüşün gözlədiyini deyib:

“Düşünürəm ki, “Qarabağ” - “Zalsburq” oyununun taleyi cavab görüşündə bəlli olacaq. Təmsilçimizin qarşısına çox güclü bir komanda çıxacaq. Onlar Almaniya futboluna yaxın futbol oynayır.

Rəqib həm sürətli, həm də pressinq tətbiq edə bilən komandadır. Amma ümid edirəm ki, “Qarabağ” bu çətinliyin öhdəsindən gələ biləcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm