İdman
Azərbaycan millisinin 2 futbolçusu koronavirusa yoluxdu
Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub.
Bu barədə Publika.az-a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Assosiasiya rəsmisi bildirib ki, hər iki oyunçu Xorvatiyada karantinə alınıb: "Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti var idi. Koronavirus testləri müsbət nəticə verdi. Ona görə də hər ikisi özünütəcrid rejimindədir. Bununla bağlı Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin də diqqət mərkəzindədir".
Firuz Abdullanın sözlərinə görə, futbolçular hazırda həkim nəzarəti altındadırlar: "Test neqativ çıxdıqdan sonra oyunçular AFFA tərəfindən Bakıya göndəriləcək. Futbolçuların karantin müddətindəki bütün xərclərini federasiya ödəyir. Onların klublarına da müvafiq məlumatlar verilib".
Təmkin Xəlilzadə "Sabah"ın, Rahil Məmmədov isə "Qarabağ"ın futbolçusudur.
Qeyd edək ki, hər iki oyunçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb.
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region14 Oktyabr 15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ14 Oktyabr 15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO










.jpg)



.jpg)


.jpg)



















