İdman
"Qarabağ" "Zalsburq"a ilk oyunda qalib gəldi
Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin
ilk oyunları keçirilib. Publika.az xəbər verir ki, Azərbaycanın
qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - son ölkə çempionu
"Qarabağ" da növbəti sınağına çıxıb.
Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən
başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta
"Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0
hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu
mərhələdə isə təmsilçimizin rəqibi Avstriya "Zalsburq"udu. Bu
komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən
başlaması rəqibin necə ciddi klub olmasından xəbər verir.
Cavab görüşü səfərdə keçiriləcəyindən "Qarabağ" ilk oyunda
sərfəli nəticə qazanmağa borcluydu. Komandamızın buna nə dərəcədə
nail olacağı maraqla gözlənilirdi. Ağdam klubu bu görüşdə çox gözəl
futbol sərgiləsə də, iki futbolçusunu itirmək bahasına da olsa,
yalnız 2:1 hesablı qələbəyə sevinib. Cavab görüşündə isə
“Qarabağ”ın işi çox çətin olacaq.
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (ilk
oyun)
30 iyul
Qarabağ - Zalsburq - 2:1 (1:0)
Qol: D.Dias, 2 (1:0), C.Soriano, 77 (1:1), Reynaldo, 86 (2:1).
Sarı vərəqə: K.Leytqeb, 31, R.Almeyda, 32, A.Teli, 39, A.Teli, 42,
Q.Qarayev, 43, B.Hüseynov, 55, M.Hinteregger, 59, K.Kampl,
90+2.
Qırmızı vərəqə: K.Şveqler, 34, A.Teli, 42, Reynaldo, 88.
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev
(18. İlqar Qurbanov, 46), 5. Maksim Medvedev, 24. Admir Teli (k),
25. Ansi Aqolli, 9. Reynaldo, 11. Danilo Dias (7. Namiq Yusifov,
70), 20. Riçard Almeyda, 41. Leroy Corc (14. Rəşad Sadıqov, 57),
55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 10. Muarem Muarem,
6. Hacı Əhmədov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
ZALSBURQ: 31. Peter Qulaç, 6. Kristian Şveqler,
17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 8.
Nabi Keyta (4. Peter Ankersen, 38), 10. Sadio Mane, 24. Kristof
Leytqeb (42. Nils Kaşner, 90), 44. Kevin Kampl, 7. Marsel Zabitser
(77. Massimo Bruno, 61), 26. Conatan Soriano.
Ehtiyat oyunçular: 33. Aleksander Valke, 15. Frants
Şyemer, 29. Rodney, 37. Valentino Lazaro.
Baş məşqçi: Adolf Hütter.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ