Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşdi
Bizi izləyin

İdman

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşdi

Bu gün Millətlər Liqasında qrup mərhələsi başa çatacaq.

Publika.az xəbər verir ki, Azərbaycan yığmasının ümumi sıralamadakı yeri artıq müəyyənləşib.

C liqasının 1-ci qrupunda 3-cü yeri tutan Canni de Byazinin yetirmələri Millətlər Liqasını 43-cü pillədə başa vurub. Millimiz bu liqada çıxış edən 16 komandadan yalnız 5-ni qabaqlamağı bacarıb ki, onlardan 4-ü qrup sonuncuları, biri isə 3-cü qrupda 3-cü yeri tutacaq kollektivdir. Həmin qrupda bu gün keçiriləcək son tur matçlarının nəticələri də komandamızın mövqeyinə təsir etməyəcək.

Qrup mərhələsində 6 xal toplayan Azərbaycan öz liqasında yalnız Kipr, Estoniya, Kosovo, Moldova və Qazaxıstandan güclü olub.

Qeyd edək ki, Millətlər Liqasında 55 ölkə oynayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm