İdman
"Zirə" "Keşlə"ni məğlub etdi
Azərbaycan Premyer Liqasında X turun daha iki görüşü baş tutub.
Publika.az xəbər verir ki, turun ikinci günündə oyunlardan biri Qəbələdə, digəri isə Zirədə keçirilib.
“Neftçi” yeni baş məşqçisi Samir Abasovun debüt oyununda səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Abasov ilk görüşünü böyükhesablı qələbə ilə başa vurub – 4:1.
Günün digər görüşündə “Zirə” “Keşlə”ni sınağa çəkib. Son üç matçda məğlub olmayan “Zirə” uğurlu seriyasını davam etdirib. Paytaxt derbisində 3 xalı 3 qolla qazanan Rəşad Sadıqovun yetirmələri lider “Qarabağ”la eyni xala malikdir.
Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
X tur
22 noyabr (bazar)
“Qəbələ” – “Neftçi” - 1:4
Qollar: Yusif Nəbiyev, 60 - Anton Krivotsyuk, 38, 51, Namiq Ələsgərov, 57, Prins İbara, 90+3
“Zirə” – “Keşlə” - 3:1
Qollar: Dmitrios Çantakias, 33, Ağabala Ramazanov, 60, Klesio Bauk, 90+4 - Klesio Bauk, 74 (avtoqol)
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi