İdman
"Qalatasaray" öz meydanında xal itirdi
Noyabrın 23-də futbol üzrə Türkiyə çempionatının IX turunun sonuncu qarşılaşmasında “Qalatasaray” doğma meydanda “Kayserispor”u qəbul edib.
Publika.az xəbər verir ki, gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. İstanbul təmsilçisinin qolunu 63-cü dəqiqədə Mbaye Cagne vurub. Kayseri klubunun heyətində isə Qustavo Kampanaro fərqlənib.
Beləliklə, “Qalatasaray” doğma meydanda xal itirib.
Hazırda çempionatın turnir cədvəlinə 20 xalla “Alanyaspor” başçılıq edir. Onunla eyni xala malik olan “Fənərbağça” ikinci, 17 xal toplayan “Qalatasaray” isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Doqquzuncu turda “Yeni Malatyaspor” istirahət edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!